Argentina və Nigeriya qrup lideri oldular

0
531
İyunun 25-də Porto-Aleqri şəhərindəki “Beyra-Rio” stadionunda Nigeriya və Argentina yığmaları qarşılaşıblar. İtaliyalı baş hakim Nikola Ritsolinin idarə etdiyi qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Argentina komandası Nigeriya millisini 3:2 hesabı ilə məğlub edib.

Oyunda qolları cənubi amerikalıların heyətində görüşdə dubl edən Leonel Messi və Roxo vurub. Nigeriya millisinin heyətində isə Əhməd Musa fərqlənib.
Salvador şəhərindəki “Fonte Nova” stadionunda keçirilən görüşdə isə eyni qrupda mübarizə aparan Bosniya və Herseqovina və İran yığmaları görüşüblər. İspaniyalı baş hakim Karlos Velasko Karbalyonun idarə etdiyi görüşdə Bosniya və Herseqovina komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.
Beləliklə, “F” qrupunda keçirdiyi üç matçın hamısında qalib gələrək doqquz xal toplayan Argentina səkkizdəbir finala vəsiqəni təmin edib. Dörd xalla qrup mərhələsini ikinci sırada tamamlayan Nigeriya yığması da səkkizdəbir finalda mübarizəni davam etdirəcəkdir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here