Argentina qrupdan çıxdı

434

DÇ-2018 davam edir. Bu gün daha iki qrupda mübarizəyə yekun vurulub. Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılıb. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxmışdı. “Xoruzlar”a bu matçda heç-heçə də kifayət edirdi.

Qrupun digər cütlüyündə Avstraliya Peruya məğlub olduğundan, Danimarka üçün də oyun formallığa çevrilmişdi. Gözlənildiyi kimi, qarşılaşma qolsuz bərabərə nəticələnib və Fransa ilə Danimarka 1/8 finala adını yazdırıb.

D qrupunda isə Xorvatiya ikinci heyətlə oynadığı İslandiyanı məğlub edərək, qrupu 9 xalla başa vurub. Bundan yararlanan Argentina Nigeriyaya son dəqiqələrdə vurulan qolla qalib gələrək, 1/8 finala vəsiqə qazanıb.

 

DÇ-2018

III tur

26 iyun

 

D qrupu 

Nigeriya – Argentina – 1:2

Qollar: Viktor Mozes, 50 (pen.) – Lionel Messi, 14; Markos Roxo, 87

Sarı vərəqələr: Leon Baloqun, 32; Con Obi Mikel, 90+1 – Xavyer Maskerano, 49; Ever Baneqa, 64

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt Peterburq, “Sankt-Peterburq” stadionu

Nigeriya: 23. Fransis Uzoho, 2. Brayan İdovu, 4. Vilfrid Ndidi, 5. Uilyam Trost-Ekonq, 6. Leon Baloqun, 7. Ahmad Musa (13. Simeon Nvankvo, 90+2), 8. Oqenekaro Etebo, 10. Con Obi Mikel (k), 11. Viktor Mozes, 14. Keleçi İhenaço (9. Odion İqalo, 46), 22. Kennet Omeruo (18. Aleks İvobi, 90)

Ehtiyat oyunçular: 1. Ezenva İkeçukvu, 16. Daniel Akpeyi, 3. Elderson Eçicile, 12. Abdullahi Şeku, 15. Joel Obi, 17. Oqenyi Onazi, 19. Con Oqu, 20. Çidozi Avazyem Kollins, 21. Tiron Ebuehii

Baş məşqçi: Gernot Ror

Argentina: 12. Franko Armani, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko (19. Serxio Aquero, 80), 7. Ever Baneqa, 9. Qonzalo İquain, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya (13. Maksimiliano Meza, 72), 14. Xavier Maskerano, 15. Enzo Perez (22. Kristian Pavon, 61), 16. Markos Roxo, 17. Nikolas Otamendi

Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 23. Villi Kabalyero, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 6. Federiko Fazio, 8. Markos Akunya, 18. Eduardo Salvio, 20. Covanni Lo Selso, 21. Paulo Dibala

Baş məşqçi: Xorxe Sampaoli

 

İslandiya – Xorvatiya – 1:2

Qollar: Qilfi Siqurdsson, 76 (pen.) – Milan Badeli, 53; İvan Perişiç, 90

Sarı vərəqələr: Emil Hallfredsson, 59; Alfred Finnboqason, 64; Birkir Sevarsson, 84 – Marko Pyaça, 14; Tin Yedvay, 83

Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)

Rostov-Don, “Rostov Arena”

İslandiya: 1. Hannes Halldourson, 2. Birkir Sevarsson, 5. Sverrir İnqason, 6. Raqnar Siqurdsson (9. Byorn Siqurdson, 70), 7. Yohan Qvyudmundsson, 8. Birkir Byarnason (21. Arnor Traustason, 90), 10. Qilfi Siqurdsson, 11. Alfred Finnboqason (4. Albert Qudmundsson, 85), 17. Aron Qyunnarsson (k), 18. Herdur Maqnusson, 20. Emil Hallfredsson

Ehtiyat oyunçular: 12. Frederik Şram, 13. Runar Aleks Runarsson, 3. Samuel Fridyonsson, 14. Kari Arnason, 15. Holmar Eyuyolfsson, 16. Olafur Skulason, 19. Rurik Gislason, 22. Yon Bedvarsson, 23. Ari Skulason

Baş məşqçi: Heymir Hadlqrimsso

Xorvatiya: 12. Lovre Kaliniç, 4. İvan Perişiç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç (7. İvan Rakitiç, 81), 9. Andrey Kramariç, 10. Luka Modriç (k) (14. Filip Bradariç, 65), 13. Tin Yedvay, 15. Duje Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyaça (6. Deyan Lovren, 70), 22. Yosip Pivariç

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 23. Daniel Subaşiç, 2. Şime Vrsaliko, 3. İvan Ştirniç, 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domoqoy Vida

Baş məşqçi: Zlatko Daliç

 

Turnir cədvəli

1. Xorvatiya 3 3 0 0 7-1 9
2. Argentina 3 1 1 1 3-5 4
3. Nigeriya 3 1 0 2 3-4 3
4. İslandiya 3 0 1 2 2-5 1