Argentina çətinliklə qələbə qazandı

Braziliyada təşkil olunmuş futbol üzrə XX dünya çempionatında səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilir.
İyulun 1-də San-Paulo şəhərindəki “San-Paulo” stadionunda Argentina və İsveçrə yığmaları qarşılaşıblar.
Görüşü İsveçdən olan hakimlər briqadası idarə edib. Baş hakim
Yonas Erikssona Matias Klasenius və Daniel Varnmark kömək edirblər.  Bu oyunda da argentinalılar üstün olublar. Bütün oyun boyu hücum edən Argentina yığması qələbə topunu ancaq əlavə olunmuş vaxtda – 118-ci dəqiqədə vurub. Argentina İsveçrəyə 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.Argentina  dörddəbir finalda Belçika–ABŞ qarşılaşmasının qalibi ilə görüşəcək.