Aqil Abbas: “Pulla mediada hər şey etmək olar”

0
413

Erməni tərəfinin törətdiyi bu vandalizm aktı ölkə vətəndaşları tərəfindən kəskin pisləndi. Bəyanatlar səsləndirildi. Amma xaricdəki diaspor təşkilatlarımız baş verən hadisə ilə bağlı demək olar ki, heç bir addım atmadılar.

Diaspor təşkilatlarının sükutu ilə bağlı millət vəkili Aqil Abbas açıqlama verib:

“Açığı bilmirəm ki, bizim xaricdə diaspor təşkilatlarımız var, yoxsa yoxdur. Deyəsən, var, ancaq bir-biriləri ilə yola getmirlər.

Bir dəfə Hollandiyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilirdi. Tədbiri İğdır bələdiyyəsi təşkil etmişdi, mən də iştirak edirdim. Tədbirə Avropanın hər yerindən gəlmişdilər. Orada bizim də bir neçə diaspor təşkilatımız var idi. Məlum oldu ki, təşkilatlarımız bir-birləri ilə yola getmirlər.

Diaspor təşkilatlarımızın son hadisə ilə bağlı səssiz qalmasına münasibət bildirən millət vəkili qeyd etdi ki, xaricdəki diaspor təşkilatlarımız çox zəif işləyirlər:

“Hansısa bir tədbir, ad günü keçirmək yox, əslində indi baş vermiş hadisə ilə bağlı işləməli idilər. Biz Azərbaycanda sözümüzü deyirik. Mənim yazdığım Azərbaycan üçündür, onu bir az Türkiyədə oxuyan olar, bir az da xaricdə yaşayan vətəndaşlarımız oxuyar.

Xəbərləri oxuyanda gördüm ki, ABŞ-da Ermənistan səfirliyinin qarşısında etiraz aksiya keçiriblər. Şəkillərə baxdım, cəmi 4-5 nəfər. Bəs oradakı təşkilatımız hanı? Orada yaşayan azərbaycanlılar qırılıb? Diaspor təşkilatı üçün 40-50 nəfəri bir yerə yığmaq nə çətin şey idi? Heç vaxt diaspor təşkilatlarının işindən razı olmamışam”.

Diaspor təşkilatlarının görə biləcəyi işlərə gəldikdə isə Aqil Abbas dedi ki, dünyada nə qədər qəzet, TV kanallar varsa hamısı satılır:

“Medianı pulla almaq olar. Pulunu ver, çıx CNN-də Trampın əbəjdadına söy. Pulla mediada hər şey etmək olar. Pulunu ver, Almaniyada çıxan qəzetdə 1 səhifə erməniyə söy, necə ki, ermənilər pulunu verib, bizə söyürlər. Ermənilər bunu Rusiya TV kanallarında da edirlər.

“Dolu” filmimi tərcümə elətdirib Ukraynanın mərkəzi TV kanalında veriblər. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətovdan soruşdum ki, bunu necə etdin? Dedi, pul verdim mərkəzi TV kanala, onlar da filmi yayımladılar”.olke.az