Aqil Abbas: “Niyə yalnız deputat gözünüzə görünür?”

52

“Ölkədə bütün təbəqələrdə maaş artımı gedir, niyə yalnız deputat gözünüzə görünür?”
Bu sözləri millət vəkili Aqil Abbas deputatların maaş artımını dəstəkləyən qanun layihəsi ilə bağlı Meydan TV-yə danışarkən deyib.
“Mənə gələn mesajları oxuyum sizə? İnsanlar deputatlardan nələr xahiş edir. Xəstəsi olan var, filan var. Deputat aldığı maaşı heç evinə apara bilmir. Deputat elə bil xortdandır. Deputat xortdan deyil, millət vəkilləri sizdən biridir. İstəmirsiz, səs verməyin”, – deyə Aqil Abbas bildirib.
Qeyd edək ki, millət vəkillərinin maaş artımını dəstəkləyən qanun layihəsi iyunun 22-də Milli Məclisdə birinci oxunuşdan keçib. Qanun layihəsi qəbul olunarsa Milli Məclisdə heç bir inzibati vəzifə tutmayan deputatların da aylıq gəlirləri ikiqat artmış olacaq.