Aprel şəhidlərinin xatirəsi anılıb

520

Mingəçevir məktəblərində ötən il Aprel döyüşlərində həlak olmuş vətən övladlarının xatirəsi müxtəlif tədbirlər vasitəsi ilə anılır. Belə tədbirlərdən biri də bu gün şəhid Noel Ahəngəri adına 13 saylı tam orta məktəbdə təşkil olunub.

Məktəbin stadionunda şagirdlər arasında atıcılıq turniri keçirilib. Bu barədə gənclərin çağrışaqədərki hazırlığı hərbi hazırlıq rəhbəri Xanlar Kərimov saytımıza məlumat verib. O bildirib ki, məktəbin şagirdləri bu tədbirə çox həvəslə qoşulublar: “Bu gün ilk 3 yeri tutacaq şagirdlər məktəbin direktoru tərəfindən diplom, fəxri fərman və hədiyyə ilə təltif olunacaqlar. Onu da qeyd edim ki,  Aprel döyüşlərinin növbəti turnirini Goran poliqonunda keçirməyi planlaşdırırıq.”.

Esmira Hidayətova, Mingəçevir.