Apellyasiya məhkməsi də Trampın tərəfini saxlamadı

436

ABŞ-ın Apellyasiya məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin prezident Donald Trampın miqrasiya fərmanının dayandırılması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında sorğusunu geri çevirib. Məlumata görə, Apellyasiya məhkəməsi Ədliyyə Nazirliyi üçün iddia üzrə cavabdeh tərəfin etirazı ilə əlaqədar iddiaçının cavabından ibarət məktubun verilməsinin son müddətini müəyyənləşdirib.

Qeyd edək ki, Sietl federal məhkəmə ABŞ administrasiyasına bu yaxınlarda prezident Donald Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Ceyms Robart adlı hakimin tapşırığı fərmanın bütün ölkə üzrə fəaliyyətini dayandırır. Onun fərmanın icrasının müvəqqəti dayandırılmasına tətbiq etdiyi qadağa məhkəmənin Vaşinqton ştatının baş prokuroru Bob Ferqyusonun D. Trampın məlum fərmanlarının müddəalarının ləğvinə yönəlmiş iddiasına hələ ki baxdığı müddətdə keçərlidir.

D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan – olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb.