“AntiTürkiyə qüvvələri üçün artıq insanlıq anlayışı yoxdur”

Ankarada Rusiya səfirinin amansızlıqla öldürüləməsinin arxasında çox böyük çirkin niyyətlər durur. Artıq xeyli müddətdir Türkiyədə silsilə terror hadisləri törədən qüvvələr indi də yeni, daha təhlükəli senari həyata keçirməyə başlayıblar. Məhz Rusiya səfirinin öldürülməsi bir tərəfdən yeni-yeni normallaşan Türkiyə-Rusiya münasibətlərini pozmaq, digər tərəfdən isə Türkiyənin beynəlxalq birlikdə nüfuzuna zərbə vurmaq istəyindən xəbər verir. Çox təəssüf ki, antiTürkiyə qüvvələri üçün artıq insanlıq anlayışı yoxdur, qardaş ölkəyə qarşı bütün çirkin oyunlar mümkün hesab edilir. Düşmən gözlənilməyən yerdən alçaq hücmülar həyata keçirir. Belə görünür ki, daha ağırlarını da gözləmək mümkündür. İnanıram ki, Türkiyə bu çətin sınaqdan çıxacaq, onu əzmək istəyənlərin cavabını verə biləcəkdir.