Antarktidada buzlaqlar sürətlə əriyir

576

Antarktida ildə təqribən 160 milyard ton buz itirir. Bu barədə məlumatı BBC nəticələri “Geophysical Research Letters”də dərc olunmuş tədqiqatlara istinadla yaymışdır.
Alimlərin gəldikləri qənaətə görə, buzlaqların əriməsi dörd il əvvəl ilə müqayisədə iki dəfə sürətlənmişdir.
“CryoSat” Avropa Kosmik Agentliyinin peykindən aparılan ölçmələrə görə, Antarktidanın buz örtüyü hər il iki santimetr nazikləşir. Cənubi Antarktidada Amundsen dənizi rayonunda ərimə daha sürətlə gedir.
Buzlaqların qlobal istiləşmə və Antarktida üzərində əmələ gələn ozon dəliyi nəticəsində əriməsi dünya okeanının səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur ki, bu da gələcəkdə böhranlı vəziyyətə gətirib çıxara bilər.
“Geophysical Research Letters” nəşri NASA-nın və Kaliforniya Universitetinin 40 illik birgə araşdırmasına istinad etmişdir.
Antarktida buzlaqlarında okeanların səviyyəsini 1,2 metr yüksəldə biləcək qədər su ehtiyatı vardır.