Antalyada mingəçevirli şəhidlərin şərəfinə 51 ağac əkiləcək

132

Türkiyənin Antalya şəhərində Vətən müharibəsi  iştirakçısı olan mingəçevirli şəhidlərin şərəfinə 51 ağac əkiləcək. Bu  addım Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Nümayəndəliyi   Üzeyir Hacıbəyli adına 11 illik  Musiqi Məktəbi  kollektivinin təşəbbüsü ilə gerçəkləşib. Kollektiv meşə yanğınlarından əziyyət çəkən türkiyəli qardaşlarına dəstək məqsədilə bir ilkə imza atıb. Onlar Türkiyənin Ormanlar Bakanlığının  hesabına topladıqları pul məbləğini köçürərək meşələrin bərpasına dəstək nümayiş etdirib. Həmin vəsaitə Vətən müharibəsində şəhid olan Mingəçevirli döyüşçülərin xatirəsini əziz tutaraq Antalya şəhərində  yanmış meşə zolağında 51 ədəd ağac əkilməsi üçün  vəsait köçürüblər. Təşəbbüs qardaş ölkədə məmnuniyyətlə  qarşılanıb.

Esmira Hidayətova, Mingəçevir