And içdilər ki…

545

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, Mingəçevirdəki Heydər Əliyev mərkəzində  həqiqi hərbi xidmətə gedən gənclərin yolasalma mərasimi təşkil olunub.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısnın birinci müavini İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşklatının sədri Cavanşir Yusubov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri, əsgər valideyinləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər  şöbəsinin rəisi Şahin Xəlilov İştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov gənclərə vətənin keşiyində ayıq- sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzulayıb. Bilidir ki, Ali Baş Komandanın səyi nəticəsində Azərbaycan ordusu güclənib və hər an düşməni darmadağın etməyə hazırdırlar. Ermənistanın törətdiyi təxribatlar yerdə qalmayacaq, qüdrətli ordumuz bu qisası alacaq.

 

Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyiblər və onlara vətənin layiqli əsgəri olmağı tövsiyyə ediblər.

Qarabağ qazisi Babayev Əbülfət bizimlə müsahibəsində bildirib: “Bugünkü gündə ordumuza göndərilən hər bir çağırışçı bu şəkildə təntənə ilə yola salınması bir daha onu göstərir ki, dövlət, ordu, xalq birdir vəhdət təşkil edir. Düşünürəm ki, bu cür təntənə ilə hərbi xidmətə yola salınan hər bir çağırışçı Azərbaycan əsgəri adını doğruldacaq, bizim şanlı bayrağımızı Şuşada, Laçında və digər işğal altında olan torpaqlarımızda dalğalandıracaqlar. Biz də bir qazi olaraq hər birimiz Ali Baş Komandanımızın əmrini gözləyirik, hər an döyüşə atılmağa hazırıq, kifayət qədər təcrübəli qazilərimiz var. Biz inanırıq ki, Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı yaxın zamanda azad edəcəyik. Hər bir çağırışçının valideyinlərinə göz aydınlığı veririk ki, onlar bu gün bu şərəfli ada layiq görülüblər”.

 

Əsgər valideynlərindən Yusifova Şəfəq xanım da ilk övladının bu gün hərbi xidmətə yola düşdüyünü fəxrlə vurğulayıb. O, bütün əsgərlərə xeyir-dua verib, onların sağ-salamat evlərinə dönməyi arzulayıb.

Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içib hərbi xidmətə yola salındılar.

Esmira Hidayətova, Mingəçevir