Anar yenidən sədr seçilib

0
469

İyunun 17-də Bakıda, Akademik Milli Dram Teatrında keçirilən Azərbaycan Yazıçılar Birliyinin XII qurultayında təşkilati məsələyə baxılıb. Qurultayda Xalq Yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Anarın sədrliyə namizədliyi Fikrət Qoca tərəfindən irəli sürülüb. Qurultay nümayəndələri yekdilliklə Anarı növbəti müddətə AYB sədri postuna seçiblər. Onun sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb.

Qurultayda keçirilən səsvermə zamanı Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Çingiz Abdullayev təşkilat-təsərrüfat məsələləri üzrə katib, Arif Əmrahoğlu yaradıcılıq məsələləri üzrə katib, Rəşad Məcid gənclərlə iş üzrə katib vəzifələrinə seçiliblər.

Adıçəkilən şəxslər XII qurultaya qədər də bu postları tuturdular.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here