Amerikalı mütəxəssis Mingəçevirdə təlim keçirib

Mingəçevir Media Mərkəzində (MMM) jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə “Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq təcrübə” adlı birgünlük təlim keçirilib. Təlimin ABŞ səfirliyinin “Alumi MAX” proqramın çərçivəsində əsas media tərəfdaşı APA informasiya agentliyinin təşkilatçılığı ilə həyata keçirilir. Təlimdə bölgə mətbuatının nümayəndələri və QHT-lər iştirak edib. Təlimi beynəlxalq təlimçi 55 il jurnalistika fəaliyyəti olan amerikalı ekspert Arnold İsaacs keçirib. Bir günlük təlimdə vəziyyətinin hansı istiqamətdə işıqlandırılması və digər mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb.

Təlimçi deyib ki, jurnalist nə hüquqçudur, nə həkimdir, nə də polisdir. O, hansısa bir hadisəni işıqlandırarkən onun daxilində olmamalıdır. Jurnalist travma almış şəxslərdən elə müsahibə almalı və cəmiyyətə çatdırmalıdır ki, oxucuda yanlış informasiya formalaşmasın. Yəni jurnalist verdiyi yalnış xəbərlə travma almış şəxsə ikinci bir zərbəni vurmamalıdır. Jurnalistin əsas işi yazacağı yazının daha dəqiq olmasıdır.

Arnold İsaacsın sözlərinə görə, belə hallarda jurnalistlər üçün təlimin keçirilməsinin mühüm əhəmiyyəti var: “Mətbuatda hər hansı intiharı işıqlandırarkən ona bir az savadlı yanaşmaq lazımdır. Bu xəbərləri reklam şəkilində vermək olmaz və belə xəbərlərin dəfələrlə təkrar edilməsinə ehtiyac yoxdur. Belə xəbərlər digər insanlara pis təsir edə bilər”.

Təlim iştirakçıları ekspertin digər tövsiyyələri ilə də tanış olublar. Jurnalistlərə necə müsahibə almaq yolları kiçik səhnəciklər vasitəsi ilə də öyrədilib. Beləliklə, bir günlük təlim maraqlı anlarla yadda qalıb.

Təlimdən sonra amerikalı ekspert Mingəçevirin gəzməli yerləri, mətbəxi ilə də tanış olub. O öz təssüratlarını: “Yeməklər mənə Qafqazda olduğumu hiss etdirdi” sözləri il bölüşüb. O, mingəçevirli Nizami Nəbiyevin çaldığı saz havalarından məmnun qaldığını da bildirib:” Qafqazda insanın həyatdan zövq alaraq yaşamaq istedadı var”.

Esmira Hidayətova, Mingəçevir.