Amerikalı jurnalist: “Ərdoğana xəbərdarlıq edilib”

0
477

Amerikalı məhşur jurnalist Robert Parri Türkiyə-Rusiya gərginliyi ilə bağlı maraqlı iddia ilə çıxış edib. Belə ki, Parrinin iddialarına görə, Moskva Türkiyə Prezidenti Ərdoğanı nüvə silahı istifadə etməklə təhdid edib.
1995-ci ildən Consortiumnews.com saytının rəhbəri olan Robert Parrinin yazdığına görə, məlumatları Putinə yaxın olan qaynaqdan alıb. Türkiyə və Səudiyyə Ərəbistanı əsgərləri Suriyaya daxil olacaqları təqdirdə, Moskva nüvə silahından istifadə edəcək. Yazıda həmçinin qeyd edilib ki, Türkiyənin NATO üzvü olmasına görə, belə bir qarşıdurma olarsa dünya nüvə müharibəsinə çevrilər.
Associated Press (AP) agentliyindən başqa illərlə Newsweek jurnalında muxbir olan və CİA-nın Nikaraquada həyata keçirdiyi psixoloji müharibəni kitab halına gətirən Perri, 18 fevral tarixində Consortiumnews.com saytında yayımlanan “Əl-Qaidə uğrunda nüvə müharibəsinə gedirik?” başlıqlı yazısında bunları deyib: “Prezident Barak Obamadan soruşulmalı olan amma soruşulmayan suallardan biri də, Türkiyə və Səudiyyənin Suriyanı işğal etməsinə qarşı çıxıb çıxmayacağı olmalı idi. Çünki, Suriya müharibəsi 3-cü dünya müharibəsinə gətirib çıxara bilər. Ancaq Obamadan nüvə silahının istifadə edilib edilməməsi ilə bağlı soruşulur. Suriya sərhədinə yığdığı yüz min əsgərlə Türkiyə və inkişaf etmiş avia gücü ilə Səudiyyə Ərəbistanı dediklərini edərlərsə, Rusiya Suriyadakı 20 minə yaxın əsgərini qorumaq üçün bu qərarı vermək məcburiyyətində qalacaq. Rusiya Prezidenti Vladimir Putinə yaxın olan qaynaqdan məlumatlar almışam. Məlumata görə, Ərdoğana Moskva tərəfindən deyilib ki, əgər Türkiyə-Səudiyyə hücumu qarşısında qalarlarsa taktiki nüvə silahı istifadə edəcəklər. Rəsmi Moskva, hər an nüvə silahına əl atacağı ilə bağlı Ərdoğana xəbərdarlıq edib. Türkiyə NATO üzvü olduğuna görə, belə bir qarşıdurma olarsa, dünyada nüvə müharibəsi olacaq”.