Amerikalı admiralın erməni yalanlarını ifşa edən məktubları

555
Admiral Mark L. Bristol: “Ermənilər Azərbaycanda müdafiəsiz mülki şəxsləri, hətta ev heyvanlarını belə qırır, kəndləri talan edir və yandırırlar”.
“Amerika ictimaiyyəti və dövlət adamları tək tərəfli və şişirdilmiş təbliğatlarla erməni məsələsində aldadılıblar. Ermənilərin Qafqazda Azərbaycan türklərinə qarşı törətdiyi qətliamlar gizlədilmişdir”. Bu ifadələr, 1920-1926-cı illərdə Türkiyədə olan Amerika Ali Komissarı, admiral Mark L. Bristolun dostlarına yazdığı məktublarda öz əksini tapıb. Türkiyənin “Bu gün” qəzeti ABŞ-ın Konqres Kitabxanasında saxlanılan sözügedən məktubları əldə edib. Jurnalist Kamal Çiçək tərəfindən qələmə alınan “31 Mart Azerbaycanlılar’ın Soykırımı Günü ve Amiral Bristol’den diplomasi dersi” adlı yazıda ermənilərin Azərbaycanda törətdiyi vəhşiliklər, bütün dünyada apardıqları uydurma soyqırımı təbliğatı ifşa olunub. Admiral Vaşinqtona göndərdiyi yazılarda ermənilərin Azərbaycanda müdafiəsiz mülki şəxsləri, hətta ev heyvanlarını belə qırdıqlarını, kəndləri talan etdiklərini, yandırdıqlarını qeyd edib.

Bristol ermənilərin ABŞ-da bir çox insanları aldatdığını, hökumətin onların yalanlarından təsirləndiyini amma əslində isə həqiqətlərin tamamilə fərqli olduğunu qeyd edib. Protestant missionerlərinin baş katibi dr. Ceyms Bartona 3 aprel 1920-ci ildə yazdığı məktubda admiral, erməni təbliğatının ictimaiyyəti yanlış istiqamətləndirdiyini, hadisələri təkyönlü göstərdiyini, özlərinin törətdikləri qətliamları gizlətdiklərini, amma iddia etdikləri uydurma soyqırımı şişirtdiklərini vurğulayıb.

Türkiyənin “Bu gün” qəzetində 31 mart Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub. Kamal Çiçək tərəfindən qələmə alınan yazıda müəllif Türkiyədə sözügedən hadisə ilə bağlı insanların çox az məlumatlı olduğunu vurğulayıb. K.Çiçək xüsusilə həmin dövrdə Türkiyədə olan Amerika Ali Komissarı admiral Mark L. Bristolun dostlarına yazdığı məktublara diqqət çəkib. Bristolun məktublarda ermənilərin törətdikləri cinayətləri gizlətməyə çalışdıqları, dünyaya yalan məlumatlar yaydıqları qeyd olunub. K. Çiçəyin  “31 Mart Azerbaycanlılar’ın Soykırımı Günü ve Amiral Bristol’den diplomasi dersi” adlı yazısını ixtisarla sizə təqdim edirik:

“Ölkəmizdə Xocalı Soyqırımı haqqında hamının məlumatı var və müxtəlif tədbirlərlə bu hadisə yad edilir. Ancaq 31 Mart Azərbaycanlıların Soyqırımı Günü çox az insan tərəfindən bilinir. 1918-ci ilin mart ayında ermənilər planlı və sistemli şəkildə Azərbaycan türklərinə qarşı qətliamlar törətdi. 50 mindən çox insan məhz milliyətinə görə öldürüldü. Ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qətliamları dünyaya ilk çatdıranlardan biri ABŞ-ın İstanbuldakı Ali Komissarı admiral Mark L. Bristol olmuşdur. “Amerika ictimaiyyəti və dövlət adamları tək tərəfli və şişirdilmiş təbliğatlarla erməni məsələsində aldadılıblar. Ermənilərin Qafqazda Azərbaycan türklərinə qarşı törətdiyi qətliamlar gizlədilmişdir”. Bu ifadələr, 1920-ci illərdə Bristolun dostlarına yazdığı məktublarda öz əksini tapmışdır.

Admiral Vaşinqtona göndərdiyi yazılarda ermənilərin Azərbaycanda müdafiəsiz mülki şəxsləri, hətta ev heyvanlarını belə qırdıqlarını, kəndləri talan etdiklərini və sonra da yandırdıqlarını qeyd edib.

1920-1926-cı illər arasında Türkiyədə olan Bristol ermənilərin Türkiyə və türkləri hədəfə alan yalan təbliğatına qarşı çıxmışdır. Protestant missionerlərinin baş katibi dr. Ceyms Bartona 3 aprel 1920-ci ildə yazdığı məktubda Bristol, erməni təbliğatının ictimaiyyəti yanlış istiqamətləndirdiyini, hadisələri təkyönlü göstərdiyini, özlərinin törətdikləri qətliamları gizlətdiklərini, amma iddia etdikləri uydurma soyqırımı şişirtdiklərini vurğulayıb.

Bristol ermənilərin apardıqları yalan təbliğatlar barədə Amerika hökumətinə hesabat şəklində təqdim etməməsinin səbəbini də açıqlayıb. O, bu barədə 6 avqust 1920-ci il tarixində admiral Simsə yazdığı məktubda bəhs edir: “Bu hadisələri Xarici İşlər Nazirliyinə rəsmi şəkildə təqdim etmək istəyirdim. Amma bölgədəki kimsəsizlərin və qaçqınların ABŞ-da aparılan yalan təbliğatdan məsul olmadığını və hesabatın onlar üçün toplanan yardımlara mənfi təsir edəcəyini düşünərək rəsmi şəkildə nazirliyə məlumat verməkdən çəkindim”.

Bristol bir məktubunda da Amerikanın erməni və yunanların yalan təbliğatlarından çox asan şəkildə təsirləndiyini qeyd edir: “Amerikada bu gün və keçmişdə ən güclü, sistemli və planlı təbliğat məhz yunan və ermənilərin leyhinə olmuşdur. Bu təbliğatlarla bizim insanlarımız aldadılmışdır. Eyni şəkildə ingilis hökumətinin yunan və ermənilərin leyhinə kampaniya aparmasında əsas məqsədi İngiltərənin Yaxın Şərqdəki imperialist və iqtisadi planlarını həyata keçirmək istəyidir”.

Bəylər Məcidov