Altısı da uğur qazandı

1360

Mingəçevir şəhər İcra Hakimiyyətində Mingəçevir “İstək” liseyinin Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, icra hakimiyyətinin nümayəndələri və “İstək “liseyinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. “Biz də belə şagirdlərlə fəxr edirik”,- deyən başçı onu da qeyd edib ki, istedadlı şagirdlərin seçilməsi və onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi artıq ənənətə çevrilib.

Daha sonra İstək liseyinin müdiri Fəqan Əhmədov 3 il ərzində təhsildə əldə olunan naliyyətlərdən söz açıb. Bildirib ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur.

 

 

Qeyd olunub ki, Respublika Fənn Olimpiadasının final mərhələsində liseyin 6 şagird iştirak edib və hər biri uğur qazanıb. Belə ki, onlardan biri qızıl, ikisi gümüş, üçü də bürünc medal qazanıblar. 11-ci sinif şagirdi Emil Əlizadə artıq 3 ildir ki, respublika fənn olimpiadasından ard-arda qızıl medal gətirir

Sonda qalib şagirdlər icra başçısı tərəfindən mükafatlandırılıb.

Esmira Hidayətova, Mingəçevir.