Alternativ vasitələrdən də istifadə edilir

436

Yağıntıların az düşməsi, quraq hava, bəzən də israfçılıq, çaylarda, göllərdə su anbarlarında suyun azalmasına gətirib çıxarıb. Mütəxsislər suvarma suyuna qənaət etməklə, yarana biləcək çətinlikdən qurtulmağın mümkün olduğunu deyirlər. Hətta gecə suvarmlarına və mətbuat vsitəsi ilə  insanları maariflənidirməsinə  ehtiyac olduğunu bildirirlər.

İsti yay günlərində suya tələbat daha da artır. Əkin sahələrinin, hətta mal-qaranın suvarılması üçün su mütləqdir. Ölkənin müxtəlif regionlarının təsərrüfat sahələrini suvarmaq üçün  Mingəçevir su anbarından Yuxarı Şirvan və Qarabağ kanalları vasitəsi ilə su götürlərək həmin ərazilərə ötürülüb. Əvvəlki illərlə müqayisədə isə bu il anbara toplanan suyun həcimi 2 metrə qədər azalıb.

Yuxarı Şirvan Kanal İstismar İdarəsinin rəisi İlyas Səfərov bizimlə müsahibəsində  açıqlama verərək bildirdi ki, ötən illə   müqayisdə anbara  2 metr az su yığılıb: ”Bu da hardasa həcmlə götürüləndə 940 milyon kub su edir. Bu da bu illəri bizim suvarmada hələ ki bir o qədər hiss olunmur. Amma gələckdə suvarma suyunun qıtlaşacağına, payız aylarında çətinlik gözlənəciyini göstərir”

Qeyd olunub ki, su anbarına  toplanan suya qənaət etmək üçün alternativ vasitələrdən də istifadə edilib. Belə ki, Yuxarı Şirvan kanalı ilə kəsişən Türyançay, Girdimançay, Ağsuçayın suyu əkin sahələrinin suvarılmasına yönləndirilib.

 İlyas Səfərov bildirdi ki, mart ayının əvvələrində həmin çaylarda sulluluq yaxşı idi, o suları yönəltdik suvarmaya, yəni anbardan kanala o qədərdə su götürmədik: ”Amma hazırda həmin çaylardada su tamamilə quruyub. Bütünü yük düşür anbarın üzərinə, anbarda da düşmə gedir. Bilirsiniz ki, anbar həm bizim energetika sistemini təmin edir, həm Qarabag, Şirvan kanalı su ilə təmin edir bu anbarın yükü kifayət qədərdir”.

Esmira Hidayətova,Yevlax,Mingəçevir.