Alpannamə-2

122

 

1

Bəylərimiz olub hörmət sahibi,

Yaşayıblar lap vüqarlı dağ kimi,

Bir məclisdə biri görünən kimi,

Söyləyiblər, keç sən başa durmadan

Ad-sanın var, cünki sən alpanlısan.

2

Üfləyəndə Şaban qara zurnanı,

Saxlayardı göydə uçan durnanı.

Olmuş idi bütün mahal heyranı:

Toylarımız başqa aləm olardı

Əbədilik yaddaşlarda qalardı.

3

Sim pəhləvan çıxan tək sim üstünə,

Zənn edərdik durubdur öz qəsdinə.

Heyran idik onun xətti-dəstinə

Kosa, Keçəl başımızı qatardı,

Üstümüzə onlar un da atardı.

4

Çöldə hərdən mal-qaramız qalanda,

Sahibləri xəyal-fikrə dalanda,

İrəfilli Xəmməd kişi o anda

Dua yazıb bir “qurd ağzı” bağlardı,

Heyvanları qurddan kənar saxlardı.

5

Unutmadıq Abdulvahab, Niyazi,

Balasultan, Qənbər, həm də Alması,

Neçəsinin gəldi “qara kağız”ı,

Qara geydi Nəcabəttək analar,

Gözlər yolda köçdü necə sonalar.

 

6

Min həvəslə anam, qoca nənəm də

Min bayatı, nəğmə dolu sinədə

Alma, armud qurudardı ginnədə,

Bol olardı qışda bizim qaxımız,

Öyünməyə çox var idi haqqımız.

7

Soyuqlayan şəxsçün haray salardıq,

Türkəcarəni bir-birnə calardıq –

Banka qoyub ondan qan da alardıq.

Bala-bala urub vurub xəngələ,

Gətirərdik xəstə kəsi xoş hala.

8

Vardır bizim bu elin, bu obanın

Rahib adlı bir “ingilis çobanı”,

Dillərdədir indi onun dastanı

Oxuyanda qonur təbəssüm üzə,

Dərs veribdir çöldə o, ingilisə.

 

9

Mən yazdıqca sətirlərim bənd olur,

Hər bir bəndim dönüb sanki kənd olur,

Topladığım başaq  – meşok doldurur.

Nə xoşbəxtəm indi bu gəlhagəldən,

Gərək davam edim qalmasın əldən…

Qvami Məhəbbətoğlu (Rəsulov)