Alpanla bağlı sənədlərdə nələr var?

52

 

Bu günlərdə kəndimizlə bağlı bir neçə arxiv matetialına rast gəldik və həmin sənədlərin surətlərini çətinliklə (!!!) də olsa əldə etdik. Bəri başdan qeyd edək ki, bu sənədlərdə əsasən torpaqla, xüsusilə vergi ilə bağlı mübahisəli məlumatlar öz əksini tapıb. Məsələn, sənədlərin birində Aslan bəy Qaibovun heç bir əsas olmadan Taqar obadakı “Alpaut qışlağı”na görə ondan vergi tutulmasından danışılır. 29 aprel 1908-ci ildə yazılmış ərizədə Aslan bəy qeyd edir ki, halbuki həmin ərazi 6 il əvvəl rus millətindən olan bir şəxsə satılıb. Elə bu səbəbdən o, başqa bir şəxsin və yaxud onun yaxınlarının istifadə etdikləri əraziyə görə vergi ödəməməlidir.

Mürsəl bəyin, Əlisoltan bəyin, Abdulla bəyin, eləcə də Azay bəyin adları keçən digər sənədlərdə də bu kimi məqamlar əksini tapıb. Həmin sənədlərdə Azay bəyin, Aslan bəyin və digərlərinin imzalarını görmək mümkündür.

Digər bir sənəddə isə Alpan kənd cəmiyyətinə seçilən bir neçə şəxs barədə məlumatlar əldə etmək mümkündür.

Qvami Məhəbbət oğlu, İlkin Balayev