Alpanın şəhidləri

63

 

El-obaya dirəkdir,

Hər biri bir örnəkdir,

Koroğludur, Babəkdir,

Alpanın şəhidləri.

 

Güc alıb qələbədən,

Boylanırlar zirvədən,

Bizə sevinc bəxş edən

Alpanın şəhidləri.

 

Qəlbim sözlə doludur,

Andım şəhid yoludur –

Kəndimin simvoludur,

Alpanın şəhidləri.

Qvami Məhəbbətoğlu