Alpanın Natəvanı

25
Azərbaycan Yazıçılar Birliyinin üzvü Firəngiz Sabirqızı “Alpan etüdləri” kitabının təqdimatında bir neçə şeirini oxudu. Məhz o anda bu misraları dəftərçəmdə qeyd etdim.
Tarlası ilham düzü,
Söz əkib, söz becərir.
Tarlasında neçə cür
Şeir-məhsul cücərir.
Hərdən bol məhsulundan
Bizə sovqat göndərir.
Bizim söz mülkümüzü
Laləzara döndərir.
O kimdir deyə sorma
Tanış imzası, özü.
Alpanın Natəvanı –
Firəngiz Sabirqızı.
Qvami Məhəbbətoğlu