Almatıda güc strukturlarının 12 əməkdaşı həlak olub

62

Almatı şəhərində etirazçılarla toqquşmalar zamanı güc strukturlarının 12 əməkdaşı həlak olub, daha 353 əməkdaş yaralanıb.

Bu barədə Qazaxıstanın dövlət telekanalı məlumat yayıb.

Almatı komendantlığından “Xəbər 24” telekanalına bildiriblər ki, yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 11:00) olan məlumata görə, terrorçular hüquq-mühafizə orqanlarının 353 əməkdaşına xəsarət yetiriblər, onlardan 12-si həyatını itirib. Cəsədlərdən biri başı kəsilmiş vəziyyətdə aşkarlanıb.

Rəsmilər sonuncu faktı şəhərə hücum edən “quldur birləşmələrinin terrorçu və ekstremist xarakterli” olduğunun birbaşa sübutu kimi qiymətləndiriblər.