Almanlar sonuncu eşalonda aparılan sovet taxılının ödənişini etməyiblər…

0
338

30-cu illərin sonunda SSRİ üçün ən böyük düşmən Almaniya deyil, Böyük Britaniya idi. Əslində Stalinlə Hitler bir çox məsələlərdə eyni mövqe və düşüncəyə malik rəhbərlər idi.
1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına, daha doğrusu Stalin və Hitler razilaşmasına görə Avropanın iki yerə bölünməsi nəzərdə tutulurdu.
Tezliklə bu “bölüşmə” başladı. Hitler Polşanı işğal etdi. Stalin Pribaltikanı ələ keçirdi. Bu münasibətlə hər iki “dost” dövlət bir-birini təbrik etdi.
17 sentyabr 1940-cı il tatixdə Sovet və Alman ordusu Brestdə birgə parad keçirdi.
1939-41-ci illər arasında SSRİ Almaniyaya 1,5 mln ton neft, 1,5 mln ton taxıl, habelə külli miqdarda digər xammal məhsulları ixrac etdi. Bu alış-veriş ta müharibə başlayan günəcən davam edib.

Hər iki rəhbərin dünyanı qamarlamaq iştahı böyük idi. 
Ən maraqlısı budur ki, Almaniyaya taxıl aparan sonuncu sovet eşalonu Teraspola 22 iyun 1941-ci ildə, müharibənin başlamasına bir neçə dəqiqə qalmış daxil oldu. Taxıl öz ünvanına çatdırıldı. Az sonra alman qoşunları hücuma keçdi.

Və indiyəcən almanlar sonuncu eşalonda aparılan sovet taxılının ödənişini etməyiblər… Bir də ki, kimə ödəsinlər axı?.. Ta SSRİ yoxdur. Daha doğrusu, SSRİ dağıldı. Əvəzində isə bir zaman dağılmış, parçalanmış Almaniya təzədən birləşdi. (modern.az)