Almaniya turnirlə vidalaşdı

34

Bu gün Avro-2020-də 1/8 final mərhələsinə yekun vurulacaq.  4-cü oyun gününə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.

İngiltərə “Uembli”də Almaniya ilə üz-üzə gəlib. İngilislər 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Almaniya isə turnirlə vidalaşıb. Bununla da “ölüm qrupu” sayılan F qrupunun pley-offa yüksələn hər üç iştirakçısı – Fransa, Portuqaliya və Almaniya yarışda mübarizəni dayandırıb.

Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşacaq. Bu cütün qalibi 1/4 final mərhələsində İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belədir: İsveçrə – İspaniya, Belçika – İtaliya, Çexiya – Danimarka.

29 iyun

Avro-2020, 1/8 final mərhələsi

20:00. İngiltərə – Almaniya – 2:0
Qollar:
 Sterlinq, 75, Keyn, 86
Baş hakim. Denni Makkeli (Niderland)
London. “Uembli” stadionu

23:00. İsveç – Ukrayna
Baş hakim:
 Daniele Orsato
Qlazqo. “Hempden Park” stadionu

28 iyun

Fransa – İsveçrə – 3:3 (Penaltilər – 4:5)

Xorvatiya – İspaniya – 3:5

27 iyun

Belçika – Portuqaliya – 1:0

Niderland – Çexiya – 0:2

26 iyun

İtaliya – Avstriya – 2:1

Uels – Danimarka – 0:4