Almaniya Braziliyanı darmadağın etdi

413

 Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir. İyulun 8-də Belo Horizonte şəhərində mundialin yarımfinal mərhələsi çərçivəsində Braziliya və Almaniya milli komandaları qarşılaşıbşlar. Oyun Almaniya yığmasının 7:1 hesablı qələbəsi ilə başa çatıb.
“Estadio Mineirao” stadionunda keçirilən oyunu meksikalı baş hakim Marko Rodriqez idarə edib. Ona həmyerliləri Marvin Torrentera və Markos Quintero kömək ediblər.
Matçın dördüncü hakimi isə ABŞ-dan olan Mark Geiger olub.

Braziliya – Almaniya – 1:7
Qollar: 
Müller, 11 (0:1), Kloze,23 (0:2), Kros, 24 (0:3), 26 (0:4), Xedira, 29 (0:5), Şürle, 69 (0:6), 78 (0:7), Oskar, 90 (1:7)