Alman arxeoloqların “Misir sərgüzəştləri”

0
265
Dünyanın yeddi möcüzəsindən biri sayılan “Xeops piramida”sı Misirin Giza şəhərində yerləşir.
 Hər il yüzlərlə arxeoloq arxeoloji qazıntılar aparmaq məqsədilə buraya gəlir. Lakin bir neçə gün bundan əvvəl üç alman arxeoloqun və altı Misir vətəndaşının “Xeops ehramı”ndan oğurluq etdiyi məlum olub. Alman arxeoloqlar və 6 Misir vətəndaşı Firon Xeopsun adının heroqliflərlə yazılı olduğu bir daş kitabəni ölkədən çıxarmağa nail olublar. Prokurorluğun məhkəməyə təqdim etdiyi sənəddə üç alman araşdırmaçının yalnız vəzifəli şəxslərin girməsinə icazə verilən hissəyə misirli işçilərinin köməyi ilə girdikləri və burada oğurluq etdikləri qeyd olunub. Bundan başqa aparılan təhqiqat zamanı arxeoloqların piramidada apardıqları qazıntılar əsnasında tarixi əsərlərə zərər verdikləri də məlum olub. Misir polisi hadisəni internetdə yayılan bir videonu izləyərək, tapdığını açıqlayıb. Digər tərəfdən haqlarında həbs qərarı verilən alman arxeoloqlar ittihamları qəbul ediblər. Ancaq arxeoloqlar daş kitabəni elmi işlərdə istifadə etmək üçün götürdüklərini iddia edərək, özlərini müdafiə ediblər. Dövlət ittihamçısı isə alman arxeoloqların müdafiəsini gülünc adlandırıb: “Əgər elə bir niyyətləri var idisə burada, Misirdə elmi araşdırmalarını aparardılar”. Hakim oğurlanan hissələrin Berlin səfirliyi vasitəsi ilə geri alındığını bildirib. Qeyd edək ki, alman arxeoloqlara kömək edən Qahirədəki Tarixi Əsərlər İdarəsinin üç əməkdaşı, iki mühafizəçi və bir də turizm agentliyi işçisi həbs olunub. Ancaq Almaniya ilə Misir arasında ekstradisiya haqqında razılaşma olmadığı üçün alman arxeoloqlarını həbs etmək mümkün olmayıb. Onlara yalnız qiyabi hökm oxunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here