Ali məktəblərə ixtisas seçimi başa çatdı

55

Ali təhsil müəssisəslərinə ixtisas seçimi bu gün 09:00-da başa çatıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib. I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə 10527 ərizə təsdiqlənib. Müsabiqənin nəticələri 4-5 gün ərzində elan olunacaq.

Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.