Aktyorlar mükafatlandırıldılar…

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində  Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüş keçirilib. MİHİRK-nin sədri Cəmilə Səttarovanın rəhbərliyi ilə baş tutan görüşdə Əməkdar Artistlər Almaz Mustafayeva, Atabala Səfərov, aktyor Məhərrəm Musayev və teatrın Həmkarlar Komitəsinin sədri İlham Əsədov iştirak ediblər.

Görüşdə teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr edilib.

Tədbirin sonunda tanınmış aktyorlar milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və doğum günləri münasibətilə Fəxri fərmanlarla mükafatlandırılıblar.