“Aİ vahid ordu yaradarkən NATO-nun funksiyasını təkrar etməməlidir”

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Avropa İttifaqına (Aİ) üzv ölkələri Aİ-nin vahid ordusunun yaradılması ilə bağlı konsepsiyanı hazırlayarkən diqqətli olmağa çağırıb.
 Bildirib ki, onlar fikirləşməlidirlər ki, bu qurum NATO-nun funksiyasını təkrar etməməli, əksinə həmin funksiyaları daha da təkmilləşdirməlidir. Yens Stoltenberq bildirib ki, avropalılar müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı necə qurmaq barədə özləri qərar verməlidirlər. Baş katib bu baxımdan Avropa İttifaqının vahid ordusunun yaradılmasına ehtiyacın olmadığını söyləyib.

Avropa İttifaqının vahid ordusunun yaradılması təşəbbüsünü Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker irəli sürüb. Onun ideyasına əsasən, bu ordu Avropa İttifaqı ölkələrinin və onların qonşularını təhlükəsizliyinə operativ surətdə reaksiya verməlidir.