Ağdərənin işğalından 21 il keçir

479

Bu gün Azərbaycanın Ağdərə rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından 21 il keçir.
İşğaldan əvvəl Ağdərənin ərazisi 1705 kvadratkilometr, əhalisi 44,4 min nəfər olub. Ağdərənin rayon tipli iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 27 məktəbəqədər qəsəbə, 7 xəstəxana, 1 texniki peşə məktəbi işğal altında qalib. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1997-cı ildə Sərsəng su qovşağı tikilıb. Rayon ərazisinin 44 faizini isə meşələr tutur.
Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və körpüləri, müqəddəs ziyarətgahı olan Ulduztəpə piri də düşmən tapdağındadır. Bütün bu abidələr ermənilər tərəfindən dağıdılib.
Hazırda Ağdərədən olan məcburi köçkünlər Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşmışlar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunmuşlar, lakin doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.