“Ağ ölüm” səhnələşdirilir

0
454

İnsanları narahat edən məsələlərə öz səhnəsində geniş yer verən, maraqlı tamaşaları ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu ənənəyə sadiq qalaraq yeni tamaşasını öz seyrçilərinə təhvil verməyə hazırlaşır. Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən yeni tamaşa “Ağ ölüm” adlanır. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları  Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here