“Ağ çiçəyim” Təcili Tibbi Yardım Stansiyasının xanım əməkdaşlarını “çiçək yağışı”na tutdu

0
549

   Koronavirus pandemiyasına qarşı Təcili Tibbi Yardım Stansiyası əməkdaşlarının apardıqları mübarizə göz önündədir. Ona görə də  vətəndaşlarımız onlar öz minnətdarlıqlarını bildirirlər. Amma “Ağ çiçəyim” gül mağazası bu xidmətdə çalışan qadınlara özünəməxsus tərzdə minnətdarlıq ifadə etməklə bir ilkə imza atıblar.  Belə ki, onlar  təcili yardım xidməti və bu xidmətin tərkib hissəsi olan Acil bölməsinin xanım əməkdaşlarını “çiçək yağışı”na tutublar. Gözlənilmədən  kollektivə baş çəkən mağaza nümayəndələri hər bir qadın tibb işçisinə möhtəşəm gül çələngləri hədiyyə ediblər.

Şöbə müdiri  Məzahir Yusifov onlara göstərilən diqqətin hər bir tibb işçisinin pandemiyaya qarşı mübarizədə yorulmaz əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 Bəli, həqiqətən də potensial  pandemiya daşıyıcıları ilə ilk və ən yaxın ünsiyyət bizim xidmət əməkdaşlarının üzərinə düşür. Həm də nəzərə almaq lazımdır ki, tibb işçilərinin  əksəriyyətini xanım mütəxəssislər təşkil edir. Həqiqətən bu günkü  hadisə stansiyanın xanım əməkdaşlar üçün sürpriz olub.

Esmira Hidayətova, Mingəçevir