Afurca kəndində yeni məktəb binası istifadəyə verildi

691

Tikintisinə ötən il başlanmış Afurca kənd orta məktəb binasının açılışı olub.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov, rayonun idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak etdilər. Mərasimdə çıxış edən rayon rəhbəri Yaşar Məmmədov iştirakçıları salamlayaraq, müasir tələblərə cavab verən bu məktəbin kəndin, rayonun uğurlarında xüsusi rolu olacağına ümidvar olduğunu bildirdi, kənd sakinlərini, şagirdləri təbrik etdi. Məktəbin qocaman müəllimlərindən olan, Azərbaycan dili və ədəbiyyat müəllimi Rafiz Mustafayev bizimlə söhbət zamanı: “Bu kənddə ilk məktəb 1931-ci ildə tikilib. Bu məktəbdən məzun olanlar arasında ölkə miqyasında tanınmış riyaziyyatçılar, mühəndislər, yüksəkrütbəli hərbçilər var”. Qeyd edək ki, bu məktəb əvvəlki məktəb binasının yerində tikilib. İki mərtəbədən ibarət olan məktəb 120 şagirdlikdir. Məktəbin isitmə sistemi, fənn kabinələri, tibb, hərbi-hazırlıq, kompyuter otaqları, idman zalı mövcuddur. Amil Tağıyev Quba