ADY dəmir yolunda baş verən qəza ilə bağlı məlumat yaydı

361

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Azərbaycan Dəmir Yolları”ndan (ADY) verilən məlumatda bildirilir ki, bu gün günorta saatlarında Binə mənzilində ağır qəza hadisəsi baş verib:

“Təxminən 14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır”.