ADGTT-nın 3 aylıq repertuar planı təsdiqlənib…

0
539

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 2016-cı ilin ilk üç ayı üçün nəzərdə tutulmuş repertuar planı təsdiq edilib.

Ən maraqlı uşaq və böyük tamaşalarının məkanı olan teatrda ilk üç ay ərzində “Yalqız Qərb”, “Gözəllik kraliçası” (M.MakDonax), “Hasarın o üzü” (Ə.Əmirli), “Buzovna kəndinin əhvalatları” (Elçin), “Pəri Cadu”, “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev), “Mən gəldim qızlar” (“Müharibə”) (L.Nuren), “Sarıköynəklə Valehin nağılı” (İ.Əfəndiyev), “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadя), “Romeo və Culyetta”, “III Riçard” (U.Şekspir), “Ağ ölüm” (V.Siqarev), “Şeyx Sənan” (H.Cavid), “İtalyansayağı xoşbəxtlik” (D.Fo, P.Filippo) tamaşaları nümayiş etdiriləcək.
Teatr öz yaşlı tamaşaçılarını da unutmayıb. 3 ay ərzində balaca dostlarımız “Buratinonun macəraları” (A.Tolstoy), “Çəkməli pişik” (Ş.Perro), “Dörd əkizin nağılı” (P.Pançev), “Qoğalın nağılı” (Xalq nağılı), (“Tıq-tıq xanım”) A.Şaiq, “Yatmış gözəl” (B.Marvin), “İncəbel və div” (R.Tohidoğlu), “Dovşanın ad günü” (X.Əlibəyli), “Əlibaba və qırx quldur” (Ərəb Xalq nağılı), “Qırmızı papaq” (Y.Şvarts), “Dəcəl keçi” (P.Nurəliyeva), “Şahzadə Xəzərin nağılı” (K.Ağabalayev), “Balaca və damda yaşayan Karlson” (A.Lindqren), “Çirkin ördək balası” (H.X.Andersen), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq) tamaşalarını izləyə biləcəklər.
20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” (T.Vəliyeva), Xocalı soyqırımı və 31 mart Azərbaycanlılarının soyqırımı ərəfəsində “Arzu və Murad” (S.Elsevər) tamaşaları göstəriləcək.
Bu müddət ərzində teatrda 2 yeni tamaşanın premyerasının nümayişi də nəzərdə tutulur. Belə ki, mart ayının əvvəlində İtalyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” və Rus xalq nağılı “Möcüzəli turpun nağılı” tamaşalarının premyerası nümayiş etdiriləcək.