ADGTT-da xarici teatr mütəxəssisləri ilə görüş keçirilib…

0
486

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  ötən həftə yekunlaşmış III Bakı  Beynəlxalq Teatr Konfransı çərçivəsində bir sıra xarici teatrların rəhbərləri ilə görüş keçirilib.

Görüş Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in prezidenti İvetta Hardi, Sankt Peterburq Gənc Tamaşaçılar Teatrının incəsənət proqramları üzrə sədri, Rusiya Federasiyasının Xalq artisti Adolf Şapiro, Permdə fəaliyyət göstərən “У моста” teatrının direktoru və bədii rəhbəri, Martin Makdonax Festivalının prezidenti, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Fedotov, Sankt Peterburq “KukART” Beynəlxalq teatr festivalının prezidenti, “İnterstudiya”nın direktoru David Burman, Belarus Respublikasının Kamera Dram Teatrının bədii rəhbəri və direktoru Nataliya Başevanın iştirakı ilə baş tutub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun sədrliyi ilə keçirilən toplantıda qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Görüşdən sonra qonaqlar teatrın kiçik səhnəsdinə P.Filipponun “Don Raffael Tranbomçu” tamaşasını izləyiblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here