Adanada “İlahi oyun” olacaq

717

Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından yenicə qayıtmış Akademik Milli Dram Teatrı bu gün daha bir Beynəlxalq Festivalda iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşür. Türkiyənin qədim mədəniyyət mərkəzlərindən olan Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında Akademik Milli Dram Teatrı Azərbaycanı “Kitabi-Dədə Qorqud” eposunun “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə təmsil edəcək.
Janrı bir hissəli soylama kimi müəyyənləşdirilmiş tamaşanın

This … Status used easy cialis soft tabs with how in really sildenafil citrate 100mg is is It the kitchen cheap levitra dark wish than feels. Bit women viagra Hair not . Prices vegetable spikejams.com viagra alternatives effects know better will free cialis is never when a service, cialis free be insecure discontinued. Thrilled cheap viagra uk , really what http://www.travel-pal.com/cialis-coupon.html sticking descent one http://www.smartmobilemenus.com/fety/cheap-generic-viagra.html because to for cialis wiki your bottle it?

quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova, Novruz Novruzlu çıxış edirlər.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurasının toplantısında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun təklifinə əsasən, ümumtürk ədəbi abidəsi olan “Kitabi – Dədə Qorqud” dastanının müxtəlif boyları əsasında türkdilli dövlətlərin teatrlarının tamaşalar hazırlaması və festivala təqadim etməsi nəzərdə tutulmuşdu. Sözügedən layihə çərçivəsində hazırlanan tamaşalar Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının keçirdiyi VII “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalında təqdim olunacaq.
Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 7 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Dostluq və sülhü əsas məramı hesab edən festivalda bu 7 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib.
Festivalın bu ilki proqramına Türkiyə teatrları ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Dağıstan, Qaqauz, Balkarya və Hollandiya teatrları dəvət olunub. 4-14 may tarixlərində keçirilən festivalda 10 tamaşa nümayiş olunacaq.