ABŞ və Türkiyə arasında əlaqələrin inkişaf etdirilməsi üçün ortaq mexanizm yaradılacaq

36

Ağ Ev ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, ABŞ Türkiyə ilə konstruktiv əlaqələri davam etdirmək istəyir.
Qeyd olunub ki, Türkiyə önəmli bir hərbi və NATO müttəfiqidir, prezidentlərin görüşündə ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması məsələsində razılığa gəlinib.
Açıqlamada C. Bayden və R. T Ərdoğanın iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yönündə məsələlərin də müzakirə olunduğu qeyd edilib. Görüşdə NATO və strateji ortaqlıq vurğulanıb, prezidentlər iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluqlarını dilə gətiriblər.
Türkiyə tərəfindən də yüksək səviyyəli rəsmilərdən biri görüşün müsbət atmosferdə keçdiyini bildirib. apa