ABŞ Türkiyənin Rusiyadan “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdır

0
314

Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi Vaşinqtonun narahatçılığına səbəb ola bilərdi. apa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

 

“KİV-lərdə xəbərlər yayılmışdı, lakin onlar doğru olmadı. Onlar Rusiyadan “S-400” havadan müdafiə sistemləri əldə etməyiblər. Onlar bunu etmiş olsaydılar,  bu bizdə narahatçılığa səbəb ola bilərdi. Lakin onlar bunu etmədilər”, – deyə general Cozef Danford müvafiq sualı cavablandırarkən bildirib.

 

Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə Türkiyənin “S-400” sistemlərini əldə etmək niyyətinin Ankaranın suveren qərarı olduğunu vurğulayıb.

 

“Rostex”in baş direktoru Sergey Çemezov isə bir neçə gün əvvəl bildirib ki, “S-400” zenit-raket sistemlərinin Türkiyəyə tədarükünə dair saziş üzrə texniki məsələlər artıq həll olunub,  yalnız inzibati məsələlər qalmaqdadır.