ABŞ təzminat ödəyəcək

488
ABŞ hökumətinin uzun illərdir hinduların torpaqlarından və təbii qaynaqlarından istifadə etdiyi üçün külli miqdarda borcu yaranıb. 
“Navajo” adlı qəbilə borcunu ödəmədiyi üçün ABŞ hökumətini məhkəməyə verib. Hökumət nümayəndələri qəbilə ilə razılığa gələrək 554 milyon dollar təzminat ödəməyi qəbul ediblər. Ölkənin “Vaşinqton Post” qəzeti bunun ABŞ-ın indiyə qədər bir qəbiləyə ödəyəcəyi ən böyük məbləğ olduğunu qeyd ediblər. Hər iki tərəfin də razılaşması ilə navajolar məhkəmə şikayətini geri götürəcəklər. Baş prokuror Erik Holder anlaşmanın bundan sonra nəsillər arasındakı gərginliyə son qoyacağını bildirib. Qeyd edək ki, “Navajo” qəbiləsinin əhalisi 300 mindən artıqdır və qitənin ən geniş əraziləri məhz onların əllərindədir. Sözügedən qəbilə əsasən Arizona, Yuta və Mexiko ştatlarında, təxminən 181 min kilometrlik ərazidə yaşayır. Sahib olduqları torpaqların bir hissəsini neft, qaz və kömürçülük üçün kirayə verirlər. Qəbilənin lideri Ben Şelli uzun müddət davam edən cəhdlərdən sonra xalqı üçün ədalətli bir nəticə əldə etdiyinə görə özünü xoşbəxt saydığını deyib.