ABŞ NATO-nun analoqu olan hərbi alyans yarada bilər

475

ABŞ Yaxın Şərqdə İrana qarşı NATO-nun analoqu olan hərbi alyans yarada bilər. Bu barədə mətbuata açıqlamasında hərbi politoloq, ehtiyatda olan podpolkovnik Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, hərbi alyans nəinki İran, həm də Rusiya üçün təhlükə mənbəyi olacaq: “ABŞ-ın İrana qarşı Yaxın Şərqdə Şimali Atlantika Alyansının analoqu olan hərbi blok yarada biləcəyi ehtimalı artmaqdadır. Ancaq yaradılacaq hərbi blok yalnız İran deyil, həm də Rusiya üçün təhlükə mənbəyi olacaq. Çünki terrorizmlə mübarizədə İran Rusiyanın əsas müttəfiqlərindən biridir”.
Hərbi politoloq qeyd edib ki, Trampın İrana düşmən münasibəti məlumdur və onun bu ölkəyə qarşı istənilən addımı ata bilməsi gözləniləndir: “Belə hesab etmək olar ki, hazırda Trampı NATO-dan daha çox İrana qarşı mübarizə maraqlandırır və bu məqsədlə o, adı çəkilən ölkə əleyninə hərbi alyans yaratmaq niyyətində olduğunu gizlətmir”.
Xatırladaq ki, Wall Street Journalın yazdığına görə, Donald administrasiyası İrana qarşı hərbi alyans yaratmaq məqsədi ilə ərəb ölkələri liderləri ilə danışıqlar aparır.