ABŞ KXDR-ə imkan verməyəcək

367

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə proqramına dair məsələni hərbi yolla həll etməyə hazırdır. apa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu amerikalı senator  Lindsi Qrem bildirib.

 

“Hərbi yolla həll variantı var – Şimali Koreyanın proqramını və KXDR-in özünü məhv etmək… Bu iş 20 il təxirə salınıb. Əgər onlar yeni qitələrarası ballistik raketlə Amerikanı vurmaq cəhdlərini davam etdirəcəklərsə, onda raket proqramına görə Şimali Koreya ilə müharibə olacaq”, – deyə L.Qrem NBC telekanalına müsahibəsində bildirib.

 

“O bunları mənə deyib. Mən ona inanıram”, – deyə Qrem əlavə edib.

 

Senatorun sözlərinə görə, o dinc ssenarinin tərəfdarıdır, lakin ABŞ KXDR-ə nüvə silahı və onunla əlaqəli vasitələr əldə etməyə imkan verməyəcək.