ABŞ İŞİD məsələsini İranla müzakirə edib

530
İranın nüvə proqramı barədə ABŞ və İran nümayəndələrinin Vyanada görüşü zamanı, İraq və İŞİD problemi haqqında da söhbət aparıldığı barədə məlumat yayılıb. 
Danışıqlar haqqında şərh verilməsə də İran dövlət nümayəndəsinin yalnız bu açıqlamanı verib: “İraqdakı faciəvi vəziyyətdən danışılıb. Lakin bu barədə bir qərara nail olmadıq. Əsgəri əməkdaşlıq da danışılmadı. Onsuz da bunu variant kimi heç bir tərəf görmür”.

“CNN” kanalına verdiyi müsahibədə gürüşün baş verdiyini təsdiq edən ABŞ hökUmətinin sözcüsünün müavini Marye Harf bildirib ki, İraqdan başqa heç bir ölkə bu problemi aradan qaldıra bilməz. Hər seqmentdən iraqlı siyasi liderlərinin hərəkət etməsi daha məqsədəuyğundur.

“İŞİD mövzüsünda İran da daxil olmaqla bölgənin bütün ölkələri ilə görüşlər aparacayıq və bölgədə məzhəbçiliyin son qoyulmasının vacibliyini ifadə etməyə çalışacağıq”- deyə başqa bir ABŞ təmsilçisi, bildirib.

ABŞ prezidenti Barak Obama isə əvvəlcə İraqa hərbçi göndərməyəcəyini desə də, vəziyyətin ciddiliyini anlayaraq bölgəyə 275 hərbçinin göndəriləcəyini bəyan edib. Göndəriləcək hərbçilər vəziyyət sabitləşənədək ABŞ-ın Bağdaddakı səfirliyi və Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İraqda qalacaqlar.

Bölgədən verilən məlumata görə isə İraq Şam İslam Dövləti qruplaşmasının silahlıları artıq paytaxt Bağdada yaxınlaşırlar. Bununla bağlı “BBC”nin yerli sakinlərə istinadən verdiyi məlumata görə, silahlılar artıq Bağdaddan 60 kilometr şimalda yerləşən Bakubə şəhərinə daxil olublar.

Bağdaddan şərqdə yerləşən Fəlluca şəhərində isə İŞİD silahlıları hərbi helikopteri vurduqlarını və bir neçə tankı məhv etdiklərini bəyan ediblər.

İran İraqa könüllülər göndərəcək

İranda “İraq-Şam İslam Dövləti”nin (İŞİD) qüvvələri ilə mübarizə aparmaq üçün könüllülər səfərbər olunur.

Bundan məqsəd İraqdakı müqəddəs ziyarətgahları müdafiə etməkdir. Bununla bağlı http://harimshia.org/ internet saytı yaradılıb. Nəticədə 4200 nəfər könüllü şəkildə İraqa getmək üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, İraqın tanınmış din xadimi ayətullah Sistani, eləcə də digər alimlər İŞİD silahlılarının cinayətlərinin qarşısını almaq üçün “Kəfayi Cihad” elan ediblər.

 

İŞİD karvanı bombalanıb

İraq Şam İslam Dövləti (İŞİD) silahlılarının türkmənlərin sıx yaşadığı Mosulun Telafer yaşayış məntəqəsi yaxınlığında hərbi karvanı vurulub. İraq rəhbərliyinə aid hava hücumu qüvvələri qırıcılarla terrorçuların hərbi karvanına hücum etməsi nəticəsində 35 İŞİD üzvü məhv edilib. Bundan başqa İraq Hava Qüvvələrinin Mosulda təşkil etdiyi hücumda da 10 İŞİD üzvünün öldüyü bildirilir. Hadisə şahidləri bildirib ki, döyüş təyyarələri şəhərin cənubundakı Əl- Qazlani hərbi bazası da daxil olmaqla bir sıra yerləri hədəfə alıblar.