“ABŞ İŞİD-lə mübarizədə daha çox itkilər verəcək”

0
403
“Əl-Qaidə” lideri Bin Ladeni tutan komandanın rəhbəri, keçmiş  Mərkəzi Kəşfiyyat  İdarəsinin (MKİ) agenti Mixail Şouver (Michael Scheuer) Amerikanın ərəb ölkələri ilə birlikdə İŞİD-ə qarşı əməliyyatlarda məğlub olacağını açıqlayıb.
 

Keçmiş MKİ agenti bildirib ki, 1996-cı ildə Bin Laden ABŞ-la müharibə edəndən bu günə qədər Vaşinqtonda ağıllı rəhbər olmayıb. Onun sözlərinə görə, İŞİD-ə qarşı müharibədə də bu rəhbərlər bir dünya savaşı başlada bilərlər.

“Amerikanın İŞİD-ə qarşı müharibədə itirəcəkləri Əfqanıstan və İraq müharibəsindən də çox olacaq. İŞİD-ə qarşı müharibəyə girməməliyik, çünki “İslam dövləti” qərblilərin başını kəsərək Amerikanı müdaxilə etməyə təşviq edir. Məqsəd ABŞ-ın müsəlmanların yaşadığı bölgəyə müdaxilə etməsi ilə İŞİD-ə daha çox xalq kütlələrinin qoşulması, yardımların edilməsinə nail olmaqdır. ABŞ İraqa və Suriyaya müdaxilə etməklə dayandırmaq istədiyi təhlükəni daha da artıracaq.ABŞ İŞİD-lə mübarizədə daha çox itkilər verəcək. Bu üzdən də İŞİD-ə qarşı müharibədə uduzacağıq. Bu müharibə böyük miqdarda pul aparacaq. Vaşinqton despot ərəb liderləri ilə koalisiya yaratmaqla sadə xalq kütlələrində despotizmə dəstək verən obrazında görünəcək”, -deyə o bildirib. MKİ-nin keçmiş agenti onu da bildirib ki, İŞİD-ə qarşı müharibə başqa torpaqlarda gedir və bu Amerikanın müharibəsi deyil.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here