ABŞ-ın yeni dövlət katibinin adı açıqlandı

436

ABŞ-ın yeni Prezidenti Donald Tramp ölkənin dövlət katibi vəzifəsinə namizəd kimi Birləşmiş Ştatların ən böyük neft şirkəti olan “ExxonMobil”in rəhbəri Reks Tillersonu seçib. Bu barədə “Report” “CBS News”a istinadən xəbər verir. Gələcək hökumətdə əsas vəzifələrdən biri sayılan dövlət katibi postuna namizədlərin müzakirəsi ABŞ-da bir neçə həftədir davam edib. R.Tillerson ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidentindən “Dostluq” ordeni alıb.