“ABŞ-ın gələcəkdə Avropanın təhlükəsizliyini təmin edəcəyinə ümid azalıb”

386

Sabah Avropa Komissiyası Avropanı gözləyən təhlükədən müdafiə etmək məqsədi ilə çoxmilyardlı hərbi müdafiə fondunun yaradılması məsələsini müzakirə edəcək.  “Financial Times” qəzetinin verdiyi məlumata görə, Avropa Komissiyası toplantıda hərbi sahədə kibertəhlükəsizliyə qarşı mübarizə, hərbi gəmiqayırma və pilotsuz təyyarələrin istehsalına sərmayə qoyulması üçün Avropa Birliyinə daxil olan ölkələrdən ibarət hərbi müdafiə fondunun yaradlması üçün əsas kriteriyaları müəyyənləşdirəcək. Bundan əlavə AB-yə üzv ölkələrin kosmik proqramının maliyyələşdirilməsini və təhlükəsizliyin tam təmininə xidmət edəcək tədbirlərin ələ alınmasının da müzakirə hədəfi olacağı gözlənilir. Avropanın özünün təhlükəsizliyi məsələsini qəti şəkildə gündəmə gətirməsi isə Trampın NATO üzvü ölkələrin öz təhlükəsizliklərini özlərinin təmin etməsi tələbi ilə çıxış etməsidir. Bununla bağlı məsələyə münasibət bildirən Avropa Komisisyasının rəhbəri Jan Klod Yunker: “ABŞ-ın gələcəkdə Avropanın təhlükəsizliyini təmin edəcəyinə artıq ümid azalıb. Ona görədə də təcili şəkildə Avropa özünün təhlükəsizliyini təmin edə biləcək ordu yaratmalıdır. Bunun üçünsə ilk növbədə hərbi müdafiə fondu yaradılmalıdır”,-deyib.