ABŞ-ın birinci xanımı Ukraynada olub

40

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynada səfərdə olub. Bu barədə Zakarpatye Regional Şurasında məlumat verilib.

Zakarpatye Vilayət Şurasının paylaşdığı məlumatda qeyd olunub ki, Cill Bayden mayın 8-də Ujqorodda səfərdə olub, Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb. Təhlükəsizlik səbəbi ilə Cil Baydenin Ukraynaya səfəri açıqlanmayıb.

Simvolik olaraq, ABŞ-ın birinci xanımının Ukraynaya səfəri Analar Günündə baş tutub. Yelena Zelenskayanın müşayiəti ilə Cil Bayden məcburi köçkünlərin məskunlaşdığı məktəbə baş çəkib.