“ABŞ… danışıqlar masasında oturmaq niyyətində deyil”

573
İranla “altılıq” ölkələri arasındakı anlaşma ABŞ-ın mövqeyi üzündən baş tutmayıb.
İranın dövlət televiziyası danışıqların son saatlarında Qərb dövlətlərinin mövqelərini sərtləşdirdiyini və İranın nüvə energetikasının inkişafının mümkünlüyünü rədd etdiyini açıqlayıb.

Avropa İttifaqının komissarı Federika Moqerini isə cümə axşamı bəyan edib ki, mühüm siyasi qərarlar qəbul olunmasa, İranın nüvə proqramına dair razılaşma pozulacaq.

Öz növbəsində ABŞ dövlət katibi Con Kerri vurğulayıb ki, Vaşinqton razılaşmanın keyfiyyətinin zərərinə danışıqları sürətləndirmək niyyətində deyil. O həmçinin Amerikanın “sonsuza qədər” danışıqlar masası arxasında oturmaq niyyətində olmadığını bildirib.