ABŞ-da 41 milyon nəfər seçimini etdi

340

41 milyondan çox amerikalı ABŞ prezident seçkilərində erkən səsvermədə artıq iştirak edib. “Yeniavaz”-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “United States Election Project” araşdırma xidmətindən deyiblər. Ən aktiv erkən səsvermə Floridada gedir. Buarada 2,5 milyon nəfər seçki bülletenlərini poçt üzrə göndərib və 3,6 milyon nəfər seçki məntəqəsində səs verib. Texas ştatında erkən səsvermə hüququndan 4,4 milyon nəfər, Kaliforniyada 4,1, Corciyada isə 2,3 milyon nəfər yararlanıb. ABŞ tarixində ilk dəfə olaraq qeydiyyata alınmış seçicilərin sayı 200 milyon nəfəri ötəcək.