İldə 12 roman oxuyan məhbusun cəzası… azaldılır

473
Dünyada elə gerçəklər var ki, bəzən onlardan xəbərsiz oluruq. Təəccüblənəcəyimiz və ya bizə gülməli gələn həmin məlumatlardan bir neçəsini təqdim edirik.
Maldiv adalarınının okean sularına qərq olma ehtimalı yüksəkdir. Qlobal istiləşmə zamanı buzlar əriyərsə dəniz səviyyəsindən cəmi 1,8 metr yüksəkdə olan Maldiv adaları təhlükə altında qala bilər.- Məşhur müğənni Lana Del Reyi toyunda görmək istəyənlər pullarını saymağa başlasalar yaxşı olar. Belə ki, müğənni toya dəqiqəsi 400 min dollar qarşılığında gəlir. Dünya miqyaslı məşhur model Kasidi Qard qatı “Qalatasaray” azarkeşidir. Dünya ölkələri arasında ən çox məhbus olan ölkə ABŞ-dır. Ölkədə təxminən 2,2 milyon insan məhkumluq həyatı yaşayır. Bu dünyadakı insan sayının 4 faizini təşkil edir. Məhşur riyaziyyat alimi olan Pifaqor eyni zamanada küçə döyüşçüsü olub. Ölüm döşəyində olan Stiv Cobs oksigen maskasının dizaynını bəyənmədiyi üçün onu taxmaqdan imtina edib. Antik Yunan adətlərinə görə bir kişinin qadına alma atması onunla evlənmək istədiyinə işarə edib. Brazilya həbsxanalarında il ərzində 12 roman oxuyan məhbusun cəzası 48 gün azaldılır. İnsanların qaranlıqdan qorxmaları onların “IQ” səviyyəsinin yüksək olduğunu göstərir. Sultan Mehmet Fateh 12 xristiyan dövlətini süquta uğradıb. ABŞ-ın Havay ştatının milli balığının adı “Humuhumunukunukuapua”dır.